Şəfəqə Doğru » Manşet » ASTROLOJİ PROQNOZ – 23 İYUN

ASTROLOJİ PROQNOZ – 23 İYUN

ASTROLOJİ PROQNOZ – 23 İYUN

Qoç - Xırda problemlərlə üzləşsəniz də, bu, ötəri xarakter daşıyacaq. Şəxsi həyatda gözləmədiyiniz hadisələr baş verəcək.

 

Buğa - Mənfi enerji ilə yüklənmisiniz. Bundan azad olmaq üçün sizi ən çox xoşbəxt edən fəaliyyətlərə yönəlin.

 

Əkizlər - Günü maraqlı şəkildə keçirə bilərsiniz. Bu büdcənizdən və istəyinizdən asılı olacaq.

 

Xərçəng - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Qərarları özünüz verin.

 

Şir - Mühim işlərinizi  saxlayın. Bu gün film izləyərək və ya dostlarla görüşərək həftənin stressini ata bilərsiniz.

 

Qız - Ciddi fiziki işlərə və işgüzar sövdələşmələrə həvəs göstərməyin. Axşam saatlarını qonaqlıqda keçirəcəksiniz.

 

Tərəzi - Toy dəvəti almaq sizi elə də sevindirməyəcək. Maddi problem yaşamaqdansa, nəvazişli bir dillə təklifdən imtina edin.

 

Əqrəb - Günün ümumi mənzərəsi ürəkaçan olacaq. Tamahkarlığa meyl etməyin.

 

Oxatan – Günortaya kimi əhvalınız pis olacaq. Mənfi situasiyalara köklənməyin. Dinclik tapdığınız məkanlara üz tutun.

 

Oğlaq - Pulla bağlı sizi narahat edən məsələlər yenidən gündəmə gələ bilər. Maliyyə uğursuzluqları gözlənilir.

 

Dolça - Ətrafınızda baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən sizi sıxsa da, çıxış yolu tapa bilmirsiniz. Həll yolu tapa bilmək üçün bir müddət tək qalıb, 6-cı hissinizi dinləməyə ehtiyacınız var.

 

Balıq - Şəxsi büdcənizdə bir qədər artım ola bilər. Alış-verişdə və əyləncə mərkəzlərində çox vaxt keçirməyin. Bu həm bədxərclik etməyə, həm də səhhətdə problemə səbəb ola bilər.