Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. "Report"un yaydığı məlumata görə, məntəqənin nə vaxt açılacağı məlum deyil. Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.
Cənub Ərazi Baş Gömrük İdarəsindən "Report”un yerli bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.