Bu axşamın ən çox gözlənən derbisi, Fənərbaxça-Galatasaray oyunu Galatasarayın tarixi qələbəsiylə bitdi.
Kadıköydə,Fənərbaxçanın meydanında baş tutan oyunda ilk qolu Max Kruse-nin ayağıyla ev sahibləri vursalar da bu qol onları məğlubiyyətdən qurtara bilmədi. Sərt mübarizə və hakimin mübahisəli qərarları ilə gərginləşən matçda qonaq komanda Galatasaray Rayan Donk, Falkao və Onyekurunun vurduğu qollarla 3-1lik əzmli qələbəsini qazandı.
Bu qalibiyyətin Galatasaray üçün daha əhəmiyyətli tərəfi isə əzəli rəqibini onun evində- Kadıköydə, Fənərbaxça meydanında məğlub etməsi oldu. Belə ki, Galatasaray 20 il ərzində Fənərbaxçanı Kadıköydə məğlub edə bilməmişdi. Sonuncu dəfə bu 1999-cu ildə, yenə Fatih terimin baş məqçi olduğu dövrdə yaşanmışdı.
Oyunun bitməsiylə hiddətli Fənərbaxça tərəfdarları baş məşqçini istefaya səslədilər.
Nicat Novruzov