Şəfəqə Doğru » Manşet » 18 YAŞLI QIZIN BOĞAZINI QARDAŞI KƏSİBMİŞ – DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI

18 YAŞLI QIZIN BOĞAZINI QARDAŞI KƏSİBMİŞ – DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI

18 YAŞLI QIZIN BOĞAZINI QARDAŞI KƏSİBMİŞ – DƏHŞƏTLİ QƏTLİN ÜSTÜ AÇILDI

Xəbər verdiyimiz kimi, 3 gün öncə Tovuzun Aşağı Quşçu kəndində 1998-ci il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti tapılıb.

Kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilibmiş.

Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində çayda aşkar edilib. Gənc qızın boğazı kəsilərək çayın üzərindəki körpünün altına atılıb.

Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.