Şəfəqə Doğru » Manşet » Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb , 1 nəfər virusdan vəfat edib

Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb , 1 nəfər virusdan vəfat edib

Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb , 1 nəfər virusdan vəfat edib

"Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".

Mia.az xəbər yayıb ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: "Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.