Çərşənbə günü – apreli 22-də neftin qiymətləri bir daha üzüaşağı yuvarlanıb, Brent markası 1999-cu ildən bəri ən aşağı həddə düşüb.
"Reuters” xəbər verib ki, LCOc1 Brent xam neftinin barreli 15,98 dollara düşüb. Bu, 1999-cu ilin iyunundan bəri ən aşağı səviyyədir.
CLc1 Qərbi Texas nefti isə 6 faiz ucuzlaşaraq barreli 10,89 dollar olub.
Bu il neftin qiymətlərinin 80%-dək ucuzlaşmasına dünyada 180 minədək insanın canını almış koronovirus pandemiyası səbəb olub. Digər tərəfdən Rusiyayla Səudiyyə Ərəbistanı martda hasilatı azaltmaqla bağlı razılaşma əldə edə bilməyincə dünyadakı neft anbarları dolmağa başladı.