Şəfəqə Doğru » Manşet » Vilyam Hacıyev həbs edildi

Vilyam Hacıyev həbs edildi

Vilyam Hacıyev həbs edildi

İmişli Rayon İcra Hakimiyyətinin bu gün vəzifəsindən çıxarılan başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayon Məhkəməsində V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, V.Hacıyev ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

 

***

V.Hacıyev barəsində istintaqın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmədə V.Hacıyev  barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

V. Hacıyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.