Şəfəqə Doğru » Manşet » Rafiq Bayramovu 15 il, Zakir Sultanovu 13 il cəza gözləyir

Rafiq Bayramovu 15 il, Zakir Sultanovu 13 il cəza gözləyir

Rafiq Bayramovu 15 il, Zakir Sultanovu 13 il cəza gözləyir

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və İdarə rəisi Zakir Sultanovun ittihamları bəlli olub.

Shafaqadogru.com Yenisabah.az-a isdinadən  xəbər verir ki, Z.Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq "otkat”lar almaqda, Rafiq Bayramov isə tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində "tas” yığmaqda təqsirləndirilir.

R.Bayramovu ittiham olunduğu maddələr üzrə - vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 3 ilədək, mənimsəməkdə 10 ilədək, vəzifə saxtakarlığına görə isə 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. İrəli sürülən ittihamlar məhkəmədə sübut olunarsa, R.Bayramov təxminən 15 ilədək türmədə qala bilər.

Zakir Sultanov isə mənimsəməyə görə 10 ilədək, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 3 ilədək, ümumi 13 ilədək azadlıqdan məhrum oluna bilər.

Hazırda onlar barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  /Qafqazinfo