Şəfəqə Doğru » Manşet » Qazaxdakı meşələrdə kütləvi ağac qırğınına kim rəvac verib?

Qazaxdakı meşələrdə kütləvi ağac qırğınına kim rəvac verib?

Qazaxdakı  meşələrdə kütləvi ağac qırğınına kim rəvac verib?

 

Adı çəkilən bu adam "AzərAvtoyol” şirkətinin Qazax 27 saylı Yol İstismar İdarəsinin rəisi  və Gəncə- Qazax regionunda ən qüdrətli oliqarxlardan biridir. Kərəm Məmmədrzayevin Qazaxda bir neçə böyük obyektləri  fəaliyyət göstərir. Hal –hazırda ən yaxşı qazanc əldə etdiyi obyektlərindən biri Ağstafa çay hövzəsindəki  qum-çınqıl sexidir .Bu obyekt K.Məmmədrzayevə  ona görə yaxşı gəlir gətirir ki,həmin karxanada  K.Məmmədrzayevin  rəisi olduğu Yol İstismar İdarəsinin texnikasından, yanacağından və işçi qüvvəsindən isdifadə edilir və maaşlar isə ,bəlli ki,Yol İstismar İdarəsin büdcəsindən ödənilir. Bununlada K.Məmmədrzayev "AzərAvtoyol "servisinin hesabına qazancının yetərincə olduğunu təsəvvür etmək çətin deyil.Odur ki, Qazax-Ağstafa  və Tovuz rayonlarının bütün asfaltlama işlərini yalnız Qazax Yol İstismar İdarəsi aparır. Sanki,o iki rayonda adı çəkilən idarələr yoxdur.


 

Qazaxdakı  meşələrdə kütləvi ağac qırğınına kim rəvac verib?

 

Kərəm Məmmədrzayevin digər biznesləri və asfalt zavodun ətraf mühiti zəhərləməsi yaxın ətrafdakı yaşayış massivində yaşayan sakinlərin giley-güzarı barədə sonrakı yazılarımızda oxucularımızı məlumatlandıracayıq. Əsas məsələ isə, bu günlərdə öz nüfuzundan isdifadə edərək, K.Məmmədrzayev Qazaxda Ağstafaçay kənarı boyunca yeni biznesini qurmaq üçün , meşənin ağaclarını bir hektar civarında buldozerin qabağına qataraq,kütləvi surətlə qırdırmaqla əsl ağacların soyqırımını gerçəkləşdirmişdir. Buna isə Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər aidiyyatı qurumlar göz yumur.Qəzetimizə olunan müraciətlər əsasında həmin ərazilərdə tərəfimizdən çəkilişlər apardıq və iddiaların  doğru olduğunu gördük.
 Mövzuya qayıdacayıq.
Qarşı tərəfində fikrini dinləməyə hazırıq.



                                                                                                Neymət Novruzlu.