Ağcaqanadlar nanə, limon, reyhan qoxusundan uzaq qaçırlar. Buna görə də, evinizin otaqlarında stolun üzərinə, pəncərə kənarlarına limon, nanə, reyhan qoya bilərsiniz. Bununla da həm otaqdan gözəl ətir gələr, həm ağcaqanadlardan qorunmuş olar, həm də sağlamlığınızı təhlükə altına atmış olmarsınız.
Qeyd edək ki, hər il ağcaqanadların səbəb olduğu xəstəliklərdən azı 725 min insan dünyasını dəyişir. Bu xəstəliklər arasında malyariya, sarı sətəlcəm və qərbi nil virusu insanlar üçün daha ölümcül xarakter daşıyır.