Şəfəqə Doğru » Manşet » Şəhid, əlil ailələri aksiya keçirəcək .

Şəhid, əlil ailələri aksiya keçirəcək .

Şəhid, əlil ailələri aksiya keçirəcək .
Ölərik, şəhid ailəsinin həbsinə yol vermərik 19 yaşlı Bəxtiyar Salmanzadə Azərbaycanımızın azadlığı uğrunda döyüşlərdə şəhid olanda qardaşı Xəyyamın 9 yaşı olub. Şəhid anasının boğazından 40 gün yemək keçməyib. Elə bala dağından ata da, ana da dünyasını dəyişib. Ağdamda köçkün vaqonuna sığınan hazırda 32 yaşı olan Xəyyam jurnalistlik əməyi ilə biri fiziki məhdudlu 3 körpə uşağını, xərçəng xəstəsi olan həyat yoldaşının müalicəsini qarşılaya bilmədiyindən bir böyrəyini ailəsinə qurban verib. Əlil uşağının Iranda müalicədə olduğu bir vaxtda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, ziyalı müəllim, akademik Ibrahim Cəfərov şəhid-köçkün ailəsindən 220 min manat təzminat tələb edib Xəyyam Salmanzadəni tutdurmaq fikrindədir. Hətta rektordan üzr istənilməsi, onun fikrinin olduğu kimi dərc olunması da öz qardaşı müharibə veteranı olan hörmətli rektoru həbs qərarından döndərməyib. Bakıdan bir qrup Qarabağ qazisi Gəncəyə yola düşüb 25.06.2016-da ADAU-da akademik Ibrahim Cəfərovla görüşərək böyüklük göstərməsini və şəhid-köçkün ailəsini bağışlamasını xahiş etsə də, sözləri yerə düşüb. Indi Qarabağ əlilləri savaş vaxtı verdikləri sözə – qazi olan şəhid olanın ailəsinə maddi-mənəvi dəstək durmasına – əməl etmək üçün hərəkətə keçiblər. 1-ci xanımdan tutmuş bütün dövlət qurumlarına müraciət edən Qarabağ qaziləri 15.07.2016 tarixində saat 12-də Təhsil Nazirliyinin, saat 14-də Kənd Təsərrüfatı Nazirliyinin qarşısında "Şəhid-köçkün ailəsindən 220 min tələb edilməsinə son”, "Jurnalsit həbsinə son” şüarları ilə aksiya keçirmək barədə BŞIH başçısı Hacıbala Abutalıbovu xəbərdar ediblər. Bu aksiya da bir sonuc verməsə, qazilər əlacsız qalıb 20.07.2016-da Gəncədə ADAU-nun yanındakı "Xan bağı”nda etiraz aksiyası keçirib, 21.07.2016-da Ağdamda məhkəmənin qarşısında "Biz ölərik , şəhid ailəsinin həbsinə yol vermərik” şüarı ilə özlərini öldürəcəklərini müvafiq dövlət qurumlarına bildiriblər.(Azadlıq.info)