Şəfəqə Doğru » Manşet » Toylar bu qaydada keçirilsin, məktəblər isə... - Video

Toylar bu qaydada keçirilsin, məktəblər isə... - Video

Toylar bu qaydada keçirilsin, məktəblər isə... - Video

Pandemiya şəraitində yas və toy mərasimlərinin keçirilməsini tənzimləmək lazımdır.

Shafaqadogru.com  xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib. O bildirib ki, 30-40 nəfərlə bu mərasimlərin keçirilməsinə icazə verilməlidir:

"30-40 nəfəri keçməmək şərtilə toylar keçirilsin. Bir nəfərdən artıq müğənni çağırılmasın. Yəni şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada – 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, sosial məsafə gözlənilsin”.

Millət vəkili onu da qeyd edib ki, bütün sahələrdə iş yerləri və məktəblər açılmalıdır:

"Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək vacibdir. Müşahidələr göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı. Həmçinin bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmalıyıq”.