"Heç kəsin xətrinə dəymək olmaz, onsuz da Allah onu kasıb yaradıb və sən də onun dərdinin üstünə dərd artırırsan. Bir sözlə, belə adamlara nifrət edirəm, Allah onların cəzasın versin”
Shafaqadogru.com xəbər verir ki, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı kasıb insanların taksidən istifadəsinin əleyhinə olan adamları vətən xaini adlandırıb:
"Təbii ki, adamlara qaralara, ağlara, vara-dövlətə görə bölmək düz deyil. Adamları belə bölməmək üçün gərək özün adam olasan. Ən azı adam balası olsun. Heç kəsin xətrinə dəymək olmaz, onsuz da Allah onu kasıb yaradıb və sən də onun dərdinin üstünə dərd artırırsan. Bir sözlə, belə adamlara nifrət edirəm, Allah onların cəzasın versin. Lənətə gəlsin onları ki, kasıb-kusub insanların hissləriylə oynayırlar. Amma normal kasıb-kusub da normal cəmiyyətlərdə bir-iki dəfə bu sözlərə dözür və sonra bunu deyəni salır təpiyinin altına, onun maşının da, canını da alıb, anasını da ağladıb maşınıyla gedə bilər. İnanın mənə, bunun başqa cavabı yoxdur.
Elə şeylər var ki, orda kiminsə fikri subyektiv deyil. Kimisə işə götürəndə nəzərə almaq lazım idi ki, bunun nə qədər subyektiv fikri var. Tutaq ki, bu bir dənə "quş” buraxmaqla neçə min adamı dövlətdən, hökumətdən, ölkədən, yaşayış yerindən narazı salacaq. Kimsə subyektiv fikrini getsin evində arvadına, atasına-anasına desin, bunun xalqla nə işi var. Rusların bir məsəl var deyir ki, "Allahdan incimişin nəyin incidirlər”.Yekəbaşlıq, harınlıq artıq bizim əxlaq normamıza çevrilib. Belə adamlara qarşı son dərəcə amansız olmaq lazımdır. Bunlar hardasa vətən xaini kimi bir şeydir. Adamları vətənindən didərgin, dövlətindən narazı salan bu cür adamlara vətən xaini demək olar da”. /Moderator.az