Sentyabrın 27-dən bəri Prezident İlham Əliyevin adının altından istər yerli, istər dünya mediasında qırmızı xətt çəkilir.
Dövlət başçısı beynəlxalq aləm və böyük güclər qarşısında bir fenomenə çevrilməkdədir. Yox, bu elə qiymətləndirilə bilməz ki, İ.Əliyevin liderlik keyfiyyətləri və intellekti, siyasi dünyagörüşü arxa planda qalmışdı.
Sadəcə, bu haqda müfəssəl məlumatlara az malik idik. Nəinki dünya, hətta Azərbaycan xalqı öz prezidentinin potensialına bu qədər bələd deyildi.
İctimaiyyət, hətta hakimiyyətin siyasi opponentləri belə onun usta siyasi gedişlərinin bu səviyyədə olduğunu, "şahmat taxtası” üzərində rəqiblərini necə mat qoyduğunu bilmirdilər, gözləmirdilər.
İ.Əliyevə sevginin, güvənin artması ölkə başçısının müharibə şəraitində yeni keyfiyyət, qətiyyətli xarakter ortaya qoyması, dövlətə inam yaratması oldu.
Ali Baş Komandan düşmənə güzəştsiz mövqe sərgiləyir və ampluasında bir qarış geri çəkilmək, çıxışlarında zərrə qədər loyallıq müşahidə olunmur. Kəsəsi, dünya və Azərbaycan tam fərqli İlham Əliyevə şahiddir.
"Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, prezident xalqının, ölkəsinin maraq və mənafeyini sonuna qədər qorumaqda israrlı, qərarlı görünür.
Elə xalqın istədiyi də budur! Onu qoruyan, sonuna kimi müdafiə edən bir iqtidar və lider! İlham Əliyev bunları hər gün etməkdədir. Hətta onun yüksək performansına sədri olduğu YAP da cavab verə bilmir.
Yəni bu proseslərdə hakim partiya kölgədə qalıb. Demək və qəbul etmək lazımdır.
Prezident özü siyasi arsenalda olanda, daxili və xarici auditoriya üçün danışanda, Azərbaycan üçün ekstremal şəraitlərdə necə fərqli və səviyyəli bir siyasət adamı olduğu üzə çıxır.
Hətta siyasi rəqibləri belə onun bu keyfiyyətlərini etiraf edirlər. Səhnədə özü və özünün səviyyəsinə uyğun məmurlar var deyə, xalqdan daha çox dəstək alır, sevilir, müdafiə edilir, həmçinin beynəlxalq ictimaiyyətə daha keyfiyyətli informasiya verir.
Əvvəllər meydanda YAP qırğıları, rüşvətxor və savadsız məmurlar olanda, iqtidarın siyasətini, apardığı işləri ağzından horra tökülən məmurlar təqdim edəndə, xalq hakimiyyətdən narazı qalırdı.
Meydan Siyavuş Novruzovlara, Hacıbala Abutalıbovlara, Elmar Məmmədyarovlara və s. reputasiyası bərbad kadrlara qalan dövrləri xatırlayaq...
Onda necə idi: hökumət bəzən lağlağı predmetinə çevrilirdi, dövlət adından çıxış edən məmurların buraxdığı "quş”lar sosial şəbəkədə ələ salınırdı.
İndi diqqət edin: gecə-gündüz yorulmaq bilmədən çalışan, yüksək səviyyəli diplomat, natiq, ingilis dilində səlis danışan, vətənpərvər kadr olan Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev əyaqətlə Azərbaycanı təmsil, prezidentin isə üzünü ağ, başını uca edir.
Və təbii ki, həyata keçirilən peşəkar siyasətin fövqündə dövlət başçısı özü dayanır. İ.Əliyevin çıxışlarında işlətdiyi sözlər xalq arasında sevilir, populyarlaşır, trendə, aforizmə çevrilir, kütləvi sitat kimi sosial şəbəkələrdə yayılır.
Məsələn, ermənilərə ünvanlandığı "onları torpaqlarımızdan iti qovan kimi qovacağıq”, "Paşinyan kimin dabanını yalayır yalasın...” və s. ifadələr sosial şəbəkələrdə zərbül-məsələ çevrilib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat”a bildirdi ki, İlham Əliyev yeni siyasi lider modelini gündəmə gətirib. Onun sözlərinə görə, postsovet ölkələrinin rəhbərlərinə baxaq, əksəriyyəti sovet şinelindən çıxıblar: "İlham Əliyev isə bütün dövlətlərə göstərdi ki, prezident necə olur.
Bunu həm xalqımızla həmrəyliyi, həm bütün ağırlığı, yükü çiyinlərinə götürməsi ilə sübuta yetirir. Xalqımız da möhtəşəmdir, Prezidentlə birlikdə gedir.
Xalq bu günləri gözləyirdi. İndi Prezidentin çıxışlarına hamı heyrandır. Elə adam tanımıram ki, bəyənməsin. İlham Əliyev ağıllı, diplomatik, yüksək səviyyəli çıxışlar edir. O, bütün Avropa liderlərinə bir nümunə göstərir ki, xalqla rəhbərin birliyi necə olur.
Eyni zamanda bəzi rus mediası bizə qarşı qərəzli olsa da, İlham Əliyevi ayırırlar, onun ağıllı, intellektli çıxışlarını etiraf edirlər. Bu, bizim qürurumuzdur".
N.Cəfəroğlu düşmənin mülki vətəndaşlarımızı hədəfə almasına, Gəncədə terror törətməsinə baxmayaraq, xalq prezidentin yanındadır:
"İlham Əliyev güclü mesajları verir. Bu gün Türkiyə ilə qurulan diplomatik əlaqələr də məhz onun peşəkar siyasətinin nəticəsidir.
Eyni zamanda komandası gözəl fəaliyyət göstərir. Hikmət Hacıyevə hamımız valehik. Onun attaşeləri, diplomatik korpusu Gəncəyə aparması olduqca professional gediş idi.
Həmçinin Ədalət Vəliyevin fəaliyyətini qeyd etmək lazımdır. Ədalət Vəliyev müxalifət və iqtidarı bir araya gətirdi, hamı Prezidenti dəstəklədi və bu da onun gördüyü uğurlu işlərdir.
Bir sözlə, Prezident ətrafına Azərbaycanın gələcəyini düşünən insanları toplayıb və Azərbaycan təzədən doğulub".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı "Yeni Müsavat”a bildirdi ki, İ.Əliyevin potensialına çoxdan bələd idi.
S.Rüstəmxanlının sözlərinə görə, Prezidentin Milli Məclisdə, Avropa Parlamentində çıxışlarına şahid olarkən bunu sezmişdilər:
"Sadəcə, şərait gəldi, yetişdi və indi təkcə Ali Baş Komandan yox, həm də informasiya sistemimizin lideri kimi çıxış etməkdədir.
Onun nə qədər potensialı olduğu həm siyasi, həm diplomatik, həm intellektual cəhətdən, həm də hərbi baxımdan dəqiq, konkret danışdığı göz qabağındadır".
Deputat qeyd etdi ki, informasiya sahəsində yenə müəyyən problemlərimiz var:
"Rus telekanalları, ermənipərəst qüvvələr düşmənin yalanlarına inanırlar. O məsələlərin dünyaya çatdırılmasında İlham Əliyevin çıxışları ciddi rol oynadı.
Prezident son dərəcə korrektə olunmuş, qonşularla münasibətlərə soyuqluq gətirmədən, hər kəsin yerini və rolunu dəyərləndirərək çıxışlar etməkdədir".
"Yeni Müsavat”