Şəfəqə Doğru » Manşet » Həbs edilən ASC sədri əslində kimdir, hansı titulları ilə tanınınb?

Həbs edilən ASC sədri əslində kimdir, hansı titulları ilə tanınınb?

Həbs  edilən ASC  sədri əslində kimdir, hansı titulları ilə tanınınb?

"Azərxalça" ASC-nin sədri vəzifəsindən çıxarılaraq həbs edilmiş Vidadi Muradov kifayət qədər tanınmış və titullu şəxs olduğundan onun saxlanılması təəccüblə qarşılanıb.

V.Muradov 5 mart 1956-cı ildə Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil alıb. 1980-ci ildən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib.

1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-İlmə" elmi-tədqiqat və istehsalat mərkəzini təsis edib, 2016-cı ilədək  "Azər-İlmə" MMC-nin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 10 iyun tarixli sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.

Fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən V.Muradov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il) fəxri adı, "Şöhrət" ordeni (7 mart, 2016-cı il) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (27 may, 2019-cu
il) ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri doktoru, professordur.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının üzvü (ICOM), Naxçıvan Muxtar Respublikasının və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimidir.

Ailəlidir, üç övladı var// qaynarinfo