Bakıda aşkar şәkildә gәnclәri zәhәrlәyirlәr. Bu sәpkili müraciәtlәr oxuyacağınız reportajın әrsәyә gәlmәsinә sәbәb oldu. Şikayәtçi Anaxanım Orucova (şәrti ad, soyad) Bakının "Şamaxinka" adlanan әrazisindә apteklәrdәn birindә uyuşdurucu tәrkibli, satışı qadağan olunmuş dәrman preparatının satıldığını iddia edir. Qadın oğlunun hәr gün borc¬xәrc edib sözügedәn ünvana gedәrәk hәmin uyuşduruculardan alıb qәbul etdiyini vә hәr gecә evdә "qan su yerinә axdığını" bildirir. Aludәçi gәncin valideyni övladının vaxtı ilә tanınmış zәrgәr olduğunu vә bu yola qurşandıqdan sonra bütün var-dövlәtinin әlindәn çıxdığını qeyd etdi. Ananın söylәdiyinә görә, oğlunun ailәsi dә bu "zibil" üzündәn dağıldı: "İndi kirayәdә qalırıq. Bir oğlumdur, bir dә mәn. İşlәmir! Çörәk pulunu güclә tapdığımız halda o, hәr gün bu "zibil"ә borc¬xәrclә pul tökür". Şәhәrin marketlәrinin birindә süpürgәçilik etdiyini deyәn qadın oğlunun şalvarının cibindәn çıxan sözügedәn uyuşdurucunun fotosunu bizә göndәrdi. Müraciәtdә göstәrilәn hәmin ünvana ¬ Nәsimi rayonu, Asif Mәhәrrәmov küçәsi, 11 A ünvanına yollanırıq (3¬cü mikrorayon dairәsinin yaxınlığı). Öncә deyilәn ünvanda yerәşәn "Optika" adlı apteki bir qәdәr kәnardan müşahidә etmәk qәrarı veririk. Obyektin jalüzü yarıya qәdәr endirilib vә girişindә apteklәrә xas olmayan izdiham yaşanır. Adәtәn belә növbә çox az hallarda paytaxtda pulsuz keçirilәn satış kampaniyalarında müşahidә edilir. Aptek ola vә belә sıxlıq ola, tәkcә bu mәqam işin içindә әmma olduğunu anlamağa kifayәt edir. Kәnardan qısa müşahidәmizdәn sonra aptekә daxil oluruq. Müştәrilәrin әksәriyyәti gәnclәrdir. Aralarında orta yaşlı şәxslәrә dә rast gәlmәk olurdu. Aptekdәki mәnzәrә detektiv filmlәrindәki sәhnәlәri xatırladır. Sadәcә, bu dәfә belә sәhnәlәri ekran arxasından yox, real hәyatda izlәyirsәn, özün dә iştirakçısına çevrilirsәn. Әtrafı diqqәtlә süzәrәk üzәrindә dayanan baxışlar, növbәyә duran müştәrilәrin pıçıltılı danışıqları, ürkәk davranışları
sәni dә ehtiyatlı olmağa sövq edir. Әlbәttә, ifşa olunmaq qorxusu da hakim kәsilir qәlbinә. Bu sәbәbdәn dә naşı olmadığını nümayiş etdirmәk üçün digәrlәri kimi davranmaq mәcburiyyәtindәsәn. Alıcıların satıcı xanımlarla (aptekdә iki xanım satıcı xidmәt göstәrir) ünsiyyәtindәn mәlum olur ki, gәlәnlәrin әksәriyyәti tәkrar müştәrilәrdir. Dialoq zamanı tәlәb olunan "Contramal" preparatının adı çәkilmir, sadәcә ünsiyyәt zamanı "5 dәnә ver", "13 dәnә ver", "30 dәnә ver" kimi ifadәlәrdәn istifadә edilir. Müştәrilәrlә çox yaxşı anlaşan satıcı isә hallanmaq istәyәnlәri "uçurmağa" tәlәsdirir, sanki. Ağızdan çıxan rәqәmә uyğun olaraq çevik hәrәkәtlә masanın altından "Contramal" tabletlәrini uzatmaqla. Dialoq tәxminәn bu formada qurulur: ¬ Neçә dәnә alırsan? ¬ 18 dәnә. ¬ Birdәn¬birә o qәdәr? ¬ Tәk deyilәm. Başqa bir dialoq, 22¬23 yaşlı gәnclә satıcı arasında: ¬ Mәnә kapsulundan ver. ¬ O birini bәyәnmәdin? ¬ Bunu da yoxlamaq istәyirәm. Qısacası, dövriyyәsi qadağan edilmiş "Contramal" vә yalnız hәkim resepti ilә verilmәli olan "Tramadol"u adını qeyd etdiyimiz ünvandan çox asanlıqla әldә etmәk mümkündür. Arayış: "Tramadol" psixotrop dәrmandır. "Tramadol" tәrkibli hәblәrin satışı qadağan edilmәyib, lakin bu dәrman güclü psixotrop tәsirә malik olduğundan yalnız hәkim göstәrişi әsasında satıla bilәr. Bu dәrmanın reseptsiz satışı Sәhiyyә Nazirliyi tәrәfindәn qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, mәsәlәn, xәrçәng xәstәlәri istifadә edә bilәrlәr. Hәmin dәrmanın әlavә tәsirindәn biri dә bu dәrmanın asılılıq yaratmasıdır. Bu dәrmanlar eyforiya yaradır, onu qәbul edәn şәxs reallığı görә bilmir, şüur pozğunluğuna sәbәb olur. "Tramadol" dәrmanlarını yalnız 14 yaşından yuxarı xәstәlәr qәbul edә bilәrlәr. "Tramadol" güclü narkosәrxoşluq vә asılılıq yaradan narkotik vasitә kimi Ukraynada, Belarusda dövriyyәsi qadağan olunub. Tibb elәmlәri doktoru, professor Adil Qeybulla deyir ki, adları çәkilәn preparatların açıq şәkildә satışı neqativ nәticәlәrә sәbәb ola bilәr. Çünki asılılıq yaradan bu ağrıkәsicilәrin orqanizmә ciddi tәsirlәri mövcuddur. Onun sözlәrinә görә, xarici dövlәtlәrdәn bir çoxunda ¬ Almaniyada, Böyük Britaniyada ağrıkәsicilәr (qeyri¬esteroid ağrıkәsicilәr) marketlәrdә satılır. "Amma qalan bütün dәrmanlar hәkim "resept"i ilә apteklәrdә satılır. Söhbәt tәkcә uyuşduruculardan getmir. Elә qan tәziqi qaldıran, endirәn bu tip dәrmanlar da yalnız hәkim resepti ilә buraxılmalıdır. Sәrbәst gedib kiminsә sözü ilә alıb istifadә etmәk düzgün deyil. O ki qaldı psixotrop maddәlәrә, narkotik maddәlәrә, onlar tibbdә istifadә olunur. Sadәcә olaraq, onların narkomanlar tәrәfindәn istifadә olunması üçün uçotda, qeydiyyatda olmalıdırlar. Yәni hәkim resepti qeydiyyata alınır vә hәmin ampula geri qaytarılır. Bu dәqiqә narkotik analgetiklәrdәn istifadә edәn yoxdur. Bu dәqiqә elә narkotik vasitәlәr var ki, onlar unudulub gedib. Lakin hәkim resepti әsasında, nәzarәt altında onlardan istifadә mümkündür. O ki qaldı "Tramadol"a, hәkim resepti әsasında apteklәrdә o dәrmanın buraxılışı mümkündür. "Contramal" da "Tramadol" kimi eyni tәrkibә sahibdir". Mәsәlә ilә bağlı Respublika Narkoloji Mәrkәzinin mövqeyini dә öyrәndik. Mәrkәzin direktor müavini Aytәn Sәmәdova bildirdi ki, "Tramadol"un ancaq 50 mg¬na icazә verilib, o da yalnız hәkim resepti ilә. "Contramal"ın isә dövriyyәsi qadağan edilib. Onun sözlәrinә görә, bu preparatların açıq satışda olması ilә bağlı mәlumatları yoxdur. Apteklәrdә monitorinqlәr Nazirliyin Analitik Ekspertiza şöbәsi tәrәfindәn aparılır. Әgәr belә hallar aşkarlanırsa, onlar hüquq mühafizә orqanlarına mәlumat verirlәr.
Mәsәlә burasındadır ki, dәfәlәrlә sözügedәn ünvanda adlarıçәkilәn dәrmanların açıq satışının hәyata keçirilmәsi ilә bağlı mәlumat verilsә dә, görünәn odur ki, heç bir tәdbir görülmәyib. Sәhiyyә Nazirliyi dә, hüquq mühafizә orqanları da birmәnalı olaraq mәsәlәdәn agahdırlar. Heç bir tәdbirin görülmәmәsi isә bu ağrıkәsicilәrin satışının yüksәk sәviyyәdә himayә olunması ehtimalı yaradır. Nәticәdә isә kimlәrinsә ciblәri dolur, gәnclәrin isә ömürlәri kәsilir.