Bu məhşur general Bakıda bir gündə 12 mənzil aldı – ev sahibləri isə…-ŞOK GƏLİŞMƏ
- Tarix: 15-yan-2021, 11:36 - Bölmə: Manşet / Araşdırma - Baxış sayı: 58
Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllənin sakinləri "İdeal -V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada, sabiq deputat, general Əliağa Hüseynova məxsus 12 mənzilin olduğu deyilir.

KAİM.az-a müraciət edən sakinlər deyiblər ki, binada yeni sakin "ortaya çıxıb” və həmin binadan birdən-birə 12 mənzil alıb.

Sakinlərin dediyinə görə, onların mənzillərinə iddialı olanlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. Digər müraciətd isə, E.Hüseynova və E.Əliyeva bu binada üç ayrı mərtəbədə yerləşən 12 mənzilin həqiqi sahiblərindən zorla alması öz əksini tapıb.

12 nəfərin evinin məcbur əlindən alınması hadisəsinə isə general və yaxınları, mənzilləri "halal pulla” aldıqlarını və hər şeyin məhkəmədə həll olunduğunu deyiblər.

Qeyd edək ki, generalın ələ keçirtdiyi mənzillər vaxtı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təsdiq olunmuş sakinlərə verilib.

Oxşar xəbərlər