Şəfəqə Doğru » Manşet » 5 ayda 5 mindən çox ailə dağılıb - 24 min 300 ölü

5 ayda 5 mindən çox ailə dağılıb - 24 min 300 ölü

5 ayda 5 mindən çox ailə dağılıb - 24 min 300 ölü
Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

Bundan başqa Azərbaycanda 2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1400 nəfər gələn və 626 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 774 nəfər təşkil edib.