Şəfəqə Doğru » Mədəniyyət » Biznesmenin qızı 1 milyonluq gəlinlik geyindi - fotolar

Biznesmenin qızı 1 milyonluq gəlinlik geyindi - fotolar

Biznesmenin qızı 1 milyonluq gəlinlik geyindi - fotolar
Tacik biznesmen İlham Şakirovun qızının Moskvada dəbdəbəli toyu olub. 

Shafaqadogru.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, milyarderin övladı Mədinə Sərdar adlı şəxslə ailə qurub. 

Moskvanın ən bahalı otelində baş tutan məclisə 900 qonaq qatılıb. Zal təbii güllərlə bəzədilib. Gəlin mərasimdə "Ralph & Russo” tərəfindən hazırlanan "Haute Couture” brendinin dəyəri 1 milyon manat olan gəlinliyini geyinib. Libas svarovski qaşlarla bəzədilib və bahalı tüllə tikilib. 

Gecədə tamadalığı rusiyalı şoumen İvan Urqant edib. Toyun müğənni qonaqları Filipp Kirkorov, Stas Mixaylov, Leonit Aqutin və başqaları olub.