Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin imtahanların ödənişli olacağı ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.
Shafaqadogru.com xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu təklifi sərt tənqid edib.
Natiq Cəfərli bildirib ki, ölkədə hər il, təqribən, 100 min insan qəbul imtahanı verir, bu da 2,5 mln. manat xərc deməkdir: "Azərbaycan hökuməti gələn ildən imtahan xərclərini abituriyentlərdən alacaq. Güya, büdcə vəsaitinə qənaət edirlər, hər abituriyent 25 manat ödəməli olacaq. Ölkədə hər il, təqribən, 100 min insan qəbul imtahanı verir, bu da 2,5 mln. manat xərc deməkdir.
Tək bu il lazımsız, məntiqsiz və məzmunsuz "Formula 1" yarışlarına üzvlük haqqından başqa 100 mln. manat vəsait xərcləyiblər. Bu yarışları hələ 10 il də keçirmək istəyirlər, amma tək elə 1 ildə xərclədikləri 100 mln. manata 40 il ödənişsiz imtahan keçirmək olardı".