Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Report"un yaydığı xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladırıq ki, dünən Alimpaşa Məmmədov və tabeliyindəki bir neçə məmurun DTX əməkdaşları tərəfindən saxlanılaraq Bakıya aparıldığı haqda rəsmi məlumat yayılıb.