Şəfəqə Doğru » Manşet » Bakıda yer altında gizli tunel tapıldı: qorxunc, yiyəsiz və tərk edilmiş məkandan ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

Bakıda yer altında gizli tunel tapıldı: qorxunc, yiyəsiz və tərk edilmiş məkandan ŞOK GÖRÜNTÜLƏR (VİDEO)

Bakıda yer altında gizli tunel tapıldı: qorxunc, yiyəsiz və tərk edilmiş məkandan ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
Adrenalin yaşamaq istəyirsiniz? Gəlin, bir az qaranlıq, bir az səssiz, bir az da həyəcanverici məkana səyahət edək.

Budəfəki ünvanımız yer üstündə deyil, altındadır.

Xətai rayonu ərazisindəki yeraltı, bir az da qorxunc, ilk baxışdan yiyəsiz və tərk edilmiş bir sığınacaqdan danışıram. Adıçəkilən rayonun UPD adlanan massivində bizim saydığımız 4 giriş-çıxışı olan bu yeraltı keçid yerli əhalinin söylədiklərinə əsasən, sovet dövründə inşa olunub.

Haqqında bəhs etdiyimiz vahiməli, qaranlıq yeraltı sığınacaqda gördüklərimizi Publika.az-ın obyektivindən siz də görmək istəyirsinizsə, başlayaq…

Həmin gün yeraltı sığınacağın kilidli qap

Bakıda gizli tunel tapıldı: Gizli məkandan görüntülər - VİDEO ısı açıq idi. Çoxdandır ki, görəsən bu quyunun içərisində nə var? – deyə düşünürdük. Qaranlıq və səssiz məkanın içərisində nələrin olduğu bizi hədsiz maraqlandırırdı. Fürsət bu fürsətdir – deyib balaca pilləkənləri ilə aşağıya endik.

Söhbətimizə burada ara verərək deyim ki, sığınacağın yerüstü hissəsində havalandırma sistemindən tutmuş, qazanxana bacalarına qədər hər şey var. Yerli əhali buranı rus dilində "bomboubijişe” adlandırır.

Bəzi rəvayətlərə görə, sovet dövründə bu məkan sığınacaq kimi istifadə olunub. Yəni, Bakıya bomba atılma təhlükəsi olarsa, mülki əhalinin qoruması üçün bu yeraltı sığınacaqlarda mühafizəsi təşkil ediləcəkdi. Ola bilsin ki, bu yeraltı sığınacaq İkinci Dünya müharibəsi dövründə tikilib və təyinatı faşist Almaniyasının bombardmançı təyyarələrindən yerli əhalini qorumaq olub. Təbii ki, bütün bunlar ehtimallardır. Amma içəridəki "setka” çarpayılar, stol və stullar da buranın mülki müdafiə sığınacağı ehtimalını istisna etmir.

İçəri daxil oluruq. Döşəmə hissəsi rənglənib. Amma solğun rənglərdir. İçəridəki qapıların bəziləri uçuq-sökükdür. Bəzi otaqların qapıları isə dəmirdəndir. Özü də çox ağırdır. Stol və stulların olduğu otaqlarda müəyyən kağızlar var. Kağızların bir çoxu latın qrafikalıdır. Hiss olunur ki, bu müəssisə sovet dövründən istifadəsiz qalmayıb. Müstəqilliyin ilk onilliyində də istifadə olunub. Tozlu masaların üzərində "Azərneftyağ İB”, "Soyunma otağı”, "akkumlyator otağı”, "soyuducu otağı” kimi kağız lövhələr, üzərinə "Yanğınsöndürmə xidməti” yazılan qovluqlar görmək mümkündür.



Otaqlar o qədər iç-içədir ki, hətta ani diqqətsizlik dar yeraltı sığınacaq yollarında sizi azdıra bilər. İçəri tam qaranlıqdır. Üstəlik, içəridəki divarlarda "qanlı əl izləri” də görə bilərsiniz. Qandırmı, deyilmi bilmirik. Biz yarıqaranlıq məkanda "qan izinə” oxşatdıq. İçəridəki sanitar qovşaqda xüsusi lampalar, qazan və qazançalar, mülki əşyalar, qızdırıcılar, qovşaqları nasaz kiçikölçülü boru şəbəkələri, ağzıbağlı seyf, hətta qazanxana, orta tutumlu su çənləri… Bir sözlə, hər nə istəsən var.

Adıçəkilən məkandan hazırladığımız videogörüntüləri təqdim edirik:



Sığınacağın birinci mərtəbəsində qurunt sularının "var-gəl” etdiyi də diqqətimizdən yayınmadı.

Pilləkənlərdən aşağı enməyə çəkinirik. Çünki bu sığınacağın altında daha bir mərtəbə də var. Orada nələrin olduğunu müəyyən etmək çətin idi. Ona görə ki, bir mərtəbə aşağı düşmək üçün minimal texniki imkanlarımız buna imkan vermirdi. Hətta daha aşağıdakı mərtəbədə dərin tunelin olduğu və Xəzər dənizinə qədər uzandığı bildirilir. Hər halda bütün bunlar əhali arasında bu gizəmli sığınacaqla bağlı dolaşan əhvalatlar, rəvayətlərdir. Hərbi sirr təyinatlı ola biləcəyindən ehtiyatlanaraq detallara varmaq istəmirik.

Adıçəkilən məkandan hazırladığımız foto və videogörüntüləri təqdim edirik:

https://bax.tv/xeberler/ermeniler-hansi-yolla-gelir-135566?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=135566