Qazax rayonunda ahıl ər və arvad evində öldürülüb.
Report xəbər verir ki, hadisə dünən rayonun Cəfərli kəndində baş verib.
Belə ki, 1939-cu il təvəllüdlü Nəriman Osmanov və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın cəsədləri öz evlərindən tapılıb.
Qazax Diaqnostika Mərkəzində bildirilib ki, qadının cəsədi üzərində boyun nahiyəsinin deşilmiş kəsilmiş xəsarətləri, kişinin çənə hissəsində qırıqlar aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.