Məşhur Amerika öncəgörücüsü Edqar Keysi 2016-cı ildə Rusiyada baş verəcək bir çox hadisələri sadalayıb. Onun fikrincə, bu hadisələr yalnız ölkə sakinləri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli olacaq.
Keysin öncəgörmələri xarici siyasət, iqtisadiyyat, ekoloji problemlər və rusiyalıların mənəvi həyatı ilə bağlıdır. Onun proqnozlarına inanmamağa səbəb yoxdur, axı o, 25 mindən çox hadisəni proqnozlaşdırıb və 20-ci əsrdə təsdiqini tapıb.
Edqar Keysi – "yatan peyğəmbər” 1929-cu il iqtisadi böhranını, 1933-də sənayenin dirçəlməsini, faşistlərlə müharibədə SSRİ-nin qələbəsini, Sovet İttifaqının dağılmasını qabaqcadan xəbər verə bildi. O, 100 il əvvəl 2010-cu ildə başlanan dünya iqtisadi böhranından danışıb. Keysi qeyd edib ki, Rusiya ondan müvəffəqiyyətlə çıxacaq. Falçı 2016-cı ili iqtisadiyyatın sabitləşməsinin başlanğıcı olaraq görürdü. Bu dövrdə Sibir sənayesi fəal inkişaf etməyə başlayacaq və iqtisadiyyatda son sabitləşmə 2020-ci ildə gələcək.
Əsrin əvvəlində alimlər dünyada baş verəcək texnogen proseslər və ekoloji qəzanın nəticələrini proqnozlaşdıra bilmirdilər. Amma Amerika öncəgörəni müxtəlif ölkələrdə baş verəcək dəhşətli hadisələrdən danışırdı. Onun fikrincə, Yer kürəsinin geniş əraziləri su altında qalacaq. Öncəgörən Yaponiya və öz vətəni üçün belə bir taleyi qabaqcadan xəbər verib. Qeyd edirdi ki, Rusiyanın ərazisi bu hadisələrdən zərər çəkməyəcək və məhz kataklizmlər, quraqlıq, yanğınlar və daşqınlardan zərər çəkən başqa xalqlar üçün sığınacaq olacaq.
Edqar Keysi qeyd edirdi ki, Rusiya kilsəsinin sayəsində dünyada ədalət təmin ediləcək.
Keysi deyirdi ki, XXI əsrdə Rusiya bütün dünyada ən böyük və siyasi müvəffəqiyyətli dövlət olacaq. Onun fikrincə, Rusiya yeni əsrə çətin daxil olacaq, müttəfiqlərini itirəcək və siyasi səhnədə haqlı olduğunu praktik olaraq tək sübut etməyə məcbur olacaq. Gələcəyi görən iddia edirdi ki, 2016-cı il ölkə üçün dirçəliş, vətəndaşların şüurunun dəyişikliyi və hərəkət kursunun dəyişməsinin başlanğıcı olacaq. Bundan başqa, zərər çəkmiş xalqlar Rusiyada sığınacaq tapacaq, kilsəyə və onun təsirinə inam artacaq, 2020-ci ilə slavyanlar qohum xalqlarla ruh üzrə birləşəcəklər. Rusiya dünya xristianlığının qalası olacaq.
Keysinin fikrincə, məhz Rusiya başqa ölkələrə inkişafın doğru yollarını və dünyanın formalaşmasını göstərəcək. Amerikalının ən məşhur öncəgörmələrinin şifrəsinin açılışı göstərir ki, o, keçmiş SSRİ-nin bəzi ölkələrinin yenidən birləşməsi haqqında danışırdı. Xüsusi halda, Baltikyanı ölkələr, Ukrayna, Ermənistan və Belarusun adını çəkirdi. Maraqlıdır ki, oxşar öncəgörmələri Vanqa və Nostradamus da edib. Keysinin 1944-cü ildə son (1877-1945-ci illərdə yaşayıb) öncəgörmələrindən birində deyirdi ki, Rusiya bütün dünyaya ümid verəcək, Rusiyanın düşmənlərinin tərəfinə keçən ölkələr üçün çətin olacaq.