Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, yanvarın 6-da rayon ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.