Ağstafa rayon Yuxarı Göycəli kənd bağçaları acınacaqlı vəziyyətdədir.
Bu günlərdə Ağstafa rayonu Yuxarı Göycəli kənd sakinlərindən redaksiyamıza məlumat daxil olub.
Məlumatda göstərilənlərlə əlaqədar, bölgə müxbirimiz Yuxarı Göycəli kənd bağçasına gedərək ,araşdırmalar aparmışdır.Bağçada tabel kitabçasında 19 işçinin adı olduğu halda cəmi 9 işçinin orada olduğu müəyyən olunmuşdur.Məlumatlı mənbə isə, elə həmin bağçada gündəlik 8-9 işçinin olduğunu söyləmişdir.Qalan ölü canların isə maaşlarını icra nümayəndəsi aldığını bildirmişdir adının çəkilməsini istəməyən mənbə.Bağçada 35 uşaq olmalı olduğu halda cəmi 11 uşağın olduğu bölgə müxbirimiz tərəfindən aşkarlanmışdır. Səhər saat 11 olmasına baxmayaraq,uşaqlara hələdə qəhvəaltı verilməmişdir.İşçilər isə səhər yeməyinidə elə indi verəcəyik deyə sualı cavablandırmışlar.Lakin bölgə müxbirinin baxış keçirdiyi mətbəxdə nəinki səhər yeməyi heç nahar yeməyi üçün heç bir ərzaq olmamışdır.Bölgə müxbirimizin ərzağı göstərmələri barədə müraciətinə isə biz sizə göstərə bilmərik deyə ,ərzağı göstərməkdən imtina etmişlər. Çünki,məlumatda göstərildiyi kimi göstərməyə ərzaq deyə bir şey yox imiş. Daha sonra uşaqların yataq örtüklərinin bərbad halda olduğu müxbirimiz tərəfindən aşkarlanmışdır. Əslində 35 uşaqlıq çarpayı olmalı olduğu halda heç sayda göstərilən uşaqların sayının yarısı qədər çarpayı da yox imiş. Yəni uşaqların sayının 35 nəfər olduğu göstərilsədə, bu rəqəmin formal olduğu bəlli olmuşdur.Müsahibə verməkdən imtina edən baxca müdirəsinin əvəzinə sualları qısaca cavablandıran ,özünü icra nümayəndəsinin bacısı kimi təqdim edən, adını isə söyləməyən, bir tərbiyəçi müəllimə oldu.O isə, qısa cavabdan sonra daha heç bir şey söyləməyəcəyini, qalanını icra nümayəndəsindən soruşmasını məsləhət görmüşdür.Müxbirimiz Laçın Yölçuyeva məsələ ilə əlaqədar olaraq,Yuxarı Göycəli kənd icra nümayəndəsi Şəmsi Abbasovdan müsahibə götürmək istəmiş, lakin ,Şəmsi Abbasov KİV haqqında qanunun 8-ci maddəsini kobud şəkildə pozaraq,”gedin nə yazırsınız yazın "deyə ,müsahibə verməkdən imtina etmişdir. Şəmsi müəllim hələ bilmir ki, mətbuat sorğusunu cavablandırmaq, istəməyən hüquqi şəxsə şikayət əsasında , məhkəmə tərəfindən 500 manat cərimə kəsilə bilər .Ölkə prezidenti isə ölkədə karupsiya hallarının qarşısının alınması üçün KİV nümayədərinə prakrorluqlarla və digər aidiyəti qurumlarla sıx əməkdaşlıq etmələrini tövsiyə etmişdir. Biz isə əlimizdən gələni edir və bu cür halların qarşısının alınması üçün gördüklərimizi ,bildiklərimizi borcumuz olaraq, yazırıq. Yəqin ki,aidiyəti qurumlar məqaləmizi oxuyub ölçü götürəcəklər.
Eyni hallar Ağstafa rayonunun digər kəndlərində də,məsələn, Səməd Vurğun kəndi kiimi böyük kəndlərdə hətda daha acınacaqlı durumda olan bağçalarda da,araşdırmalarımızı davam etdiririk. Qəzetimizin gələn sayında dərc edəcəyik.Bizi izləyin.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.
Neymət.