Rayonun Qıraq Kəsəmən kənd sakini 1968-ci il təvəllüdlü Xəqani Məsimalıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, X. Məsimalıyev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.