Şəfəqə Doğru » Manşet » Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?

Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günə olan məlumata görə, sərhəddə ciddi dəyişiklik qeydə alınmayıb.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.

Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.