Şəfəqə Doğru » Manşet » Vanqanın möcüzəvi və şəfalı müalicə üsulları

Vanqanın möcüzəvi və şəfalı müalicə üsulları

Vanqanın möcüzəvi və şəfalı müalicə üsulları
20-ci əsrin tanınmış görücüsü, bolqar bilicisi, gələcəyə baxıçları ilə dünyada tanınan Vanqanın sağlamlıq haqqında fikirləri və müalicə üsulları olduqca maraqlıdır. Vanqanın sağlamlığı qorumaqla bağlı məsləhət və tövsiyələri çox aydın və sadədir:

1. Çox yeməyin. Orqanizm artıq qidadan əziyyət çəkir. Çox yemək məqbul sayılsaydı təbiət bizə ikinci mədəni də verərdi.

2. Ağ rəngli qida məhsullarından daha çox istifadə edin.

3. Bitki çaylarına üstünlük verin.

4. Qida rasionunuzda yağlı ərzaqları azaldın.

5. Ət məhsullarından istifadəni məhdudlaşdırın.

6. Ən azı həftədə bir dəfə qaynadılmış buğda yeyin.

7. Təmiz su içməyin orqanizm üçün əvəzsiz faydalarını unutmayın.

8. Gün ərzində daha çox hərəkətdə olmağa çalışın.

9. Axşam saat 10-da yatmağa, səhər 5-6-da yuxudan durmağa vərdiş edin. Bu orqanizmin tam istirahəti üçün ən yaxşı vaxtdır.

10. Çox da isti olan su ilə yuyunmayın.

11. Yay aylarında tez-tez ayaqyalın gəzin. Siz bununla torpaqla əlaqənizi bərpa etmiş olacaqsınız.

12. Duru xörəklərdən daha çox istifadə edin. Quru yeməklərdən çalışdıqca imtina etmək lazımdır.

13. Sağlamlığı qorumaq üçün ən vacib şərtlərdən biri də təbii məhsullardan istifadə etməkdir.

Vanqanın müalicə reseptləri əsasən bitkilərdən ibarət olub. O tövsiyə edib ki, bitkilərlə müalicə olunan insan yalnız öz yaşadığı yerdə bitən bitkilərdən istifadə etməlidir.

Maddələr mübadiləsinin pozulması:

1 xörək qaşığı dazıotu bitkisi çay kimi dəmlənilir, 2 həftə ərzində səhərlər acqarnına 1 çay qaşığı qəbul edilir.

Təngnəfəslik:

Eyni miqdarda zeytun yağı və buğda arağı qarışdırılır, 21 gün ərzində gündə üç dəfə bir xörək qaşığı qəbul edilir.

Ürək xəstəliklərinin profilaktikası:

İldə 4 dəfə, hər fəslin başlanğıcında 4 gün səhərlər acqarnına yemişan bitkisinin həlimi qəbul edilir.

Bədəndə səpkilər:

Palıd qabığından dəmləmə hazırlanıb səpkilərin üzərinə çəkilir.

Öskürək:

4 ədəd qoz, bir xörək qaşığı bal, bir xörək qaşığı kəndalaş bitkisinin qurudulmuş yarpağı yarım litr suda qaynadılır, süzüldükdən sonra gün ərzində 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Qəbzlik:

Kəndalaş bitkisi suda qaynadılır, eyni miqdarda balla qarışdırılır, gün ərzində bir-iki dəfə bir xörək qaşığı qəbul edilir.

Damaq xəstəlikləri:

Kəklikotundan hazırlanmış dəmləməyə bir çimdik duz əlavə edərək gün ərzində bir neçə dəfə qarqara edilir.

Öd kisəsi xəstəlikləri:

Hər gün iki ədəd armud yemək və ya armuddan hazırlanmış şəkərsiz kompot içilməlidir. Qida qəbulundan sonra öd kisəsində ağrılar olarsa limonun yarı hissəsinin şirəsinə yarım çay qaşığı soda əlavə edərək qəbul edilməlidir.

Bel nahiyəsində ağrılar:

Bel hissəsində ağrıyan nahiyələrə bal sürtülməli və qolların hərəkəti ilə bel əzələləri hərəkətə gətirilməlidir. Ağrılar çəkilənə qədər hər gün bu prosedur təkrar olunmalıdır.

Onikibarmaq bağırsağın xorası:

Yumurtanın ağı ilə bir xörək qaşığı zeytun yağı krem halına düşənə qədər çalınır səhərlər acqarnına qəbul edilir. Kursun müddəti 10 gündür.

Yuxarıda təqdim olunanlar Vanqanın müalicə reseptlərinin yalnız kiçik bir qismidir. Həmçinin Vanqanın ayrı-ayrı bitkilər, onların orqanizmə təsirl haqqında maraqlı və dəyərli fikirləri də var. Bu haqda növbəti yazımızda. - See more at: https://irevan-press.com/arasdirma/1041-vanqanin-mocuzevi-ve-shefali-mualice-usullari.html#sthash.Fnh3C6NZ.JgmynDkL.dpuf