Şəfəqə Doğru » Manşet » Bakıda güclü YANĞIN

Bakıda güclü YANĞIN

Bakıda güclü YANĞIN

Bakıda birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərən iki mərtəbəli tikilidə yanğın başlayıb.

 

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.