Şəfəqə Doğru » Manşet » “Taliban” smartfonların istifadəsini qadağan edib

“Taliban” smartfonların istifadəsini qadağan edib

“Taliban” smartfonların istifadəsini qadağan edib
Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı Pəncşir vilayətində smartfonların istifadəsini qadağan edib.



Artıq “Taliban” döyüşçüləri nəzarət-buraxılış məntəqələrində mobil telefonların müsadirəsini həyata keçirirlər.  
 
“Taliban” əsgərləri özlərinin təyin etdikləri məmurların, polis qüvvələrinin də smartfonlarını müsadirə edirlər. Vilayətdə ancaq kamerasız telefon gəzdirməyə icazə verilir.
 
Əfqanıstan mətbuatının yazdığına görə, “Taliban” hərəkatı Pəncşirdə yeni hakimiyyətə tabe olmaqdan imtina edən silahlı dəstələrə qarşı yeni hərbi əməliyyatlara hazırlaşır və bu səbəbdən müəyyən məhdudlaşdırıcı tədbirlərə əl atır.