Nikol Paşinyan Xankəndidə keçirilən aksiyadan sonra bağ evində komandası ilə qapalı görüş keçirib. Bu iddia ilə Ermənistanda nəşr olunan “Fakt”qəzeti çıxış edib.
Qəzet yazır ki, Ermənistan hakimiyyəti baş verənlərdən ciddi narahat olub. Nəşrin mənbəsinin məlumatına görə, həmin görüşdə Paşinyan qeyd edib ki, Qarabağda baş verənlər bilavasitə onların qəbul etdiyi “sülh prosesi” ilə ziddiyyət təşkil edir. “İnformasiya sahəsində qarabağyönlü dalğanın yumşaldılması üçün çox mütəşəkkil addımlar atılmalı olduğunu vurğulayıb. Nəticədə, artıq iki gündür ki, sosial şəbəkələrdə Qarabağ ermənilərini hər cür gözdən salmaq və davam edən prosesi bir daha “vektorlaşdırmaq” üçün təbliğata start verilib”.
Qəzet onu da yazır ki, Paşinyan hökuməti Xankəndidə keçirilən aksiyanı ələ salmaqdan da çəkinmirlər.