Aclıq hissini öldürmək üçün daha çox lifli qidalardan istifadə etmək lazımdır.
Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, dünya dietoloqları arıqlamaq istəyənlərə gün ərzində lifli qidalardan istifadə etməyi məsləhət görür. Bu qidalar orqanizmə xeyirli olmaqla yanaşı insanı tox tutur, aclıq hissini öldürür.
Tərkibi liflə zəngin olan 6 qida:
Moruq
Tərkibində yüksəq miqdarda antioksidan olan moruq xərçəng riskini də ən aza endirir. Ürək döyüntülərini nizamlayır. Dərini sağlam və hamar edir.
Paxlalı bitkilər
Paxlalılar sinfinin nümayəndələri liflə çox zəngindir. Bundan başqa, tərkibində xeyli miqdarda protein var. Bu səbəbdən idmanla məşğul olanlar üçün məsləhətlidir.
Partlamış qarğıdalı
Liflə zəngin olan bu qida tam bir antioksidandır. Kalorili qidaların əvəzində yağsız və az miqdarda duzlu partlamış qarğıdalı istifadə etmək sağlamlıq üçün daha məqsədə uyğundur.
Portağal
Şirəsini çəkib içməkdənsə, portağalı bütöv halda yeməyə çalışın. Çünki portağal şirə halında xeyli miqdarda lif itirir. C vitamini ilə zəngin olan bu meyvə yağları yandırmaqda da əvəzsizdir.
Badam
Badam, fındıq və qoz kimi çərəzlər yeyən insanların digərlərinə nisbətən daha tez arıqladığını bilirsiz? Badamda olan faydalı yağlar və lif aclıq hissini öldürür.
Yulaf
Səhərlər yulaf və yumurta yeməklə həm bədəninizin protein ehtiyacı ödənəcək, həm də yulafda olan liflər sizi tox saxlayacaq. İmkan olduğu təqdirdə böyürtkən və moruq da əlavə edərək səhər yeməyinizi daha da gücləndirə bilərsiniz.