“Paşinyanın ürəyinə şübhə dolub”.
Shafaqadogru.com KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “İravunk” qəzeti yazıb.
“Hakimiyyətə yaxın mənbələr bildirir ki, məşhur mətbuat konfransından sonra Paşinyan kifayət qədər əsəbi vəziyyətdədir. O, 9 noyabr 2020-ci il tarixindən sonrakı günlər kimi hər kəsdən, hətta ən sadiq adamlarından da şübhələnməyə başlayıb.
Eyni xəbərə görə, hökumət də kifayət qədər narahat vəziyyətdədir. Onlar bilmirlər ki, Paşinyan nə zaman departamentə hesabat verəcək və nə olacaq”, – deyə nəşr bildirib.