Şəfəqə Doğru » Manşet » Ayaqqabının dabanlarında narkotik vasitələr aşkar edildi

Ayaqqabının dabanlarında narkotik vasitələr aşkar edildi

Ayaqqabının dabanlarında narkotik vasitələr aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib. Məlumata görə, idarənin "Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.