“Silicon Valley Bank” və “Signature Bank”ın alovlandırdığı ABŞ-da bank böhranı getdikcə artır.
6 bank üçün nəzərdə tutulan mənfi ssenari açıqlanıb.
Shafaqadogru.com Cebhe.info -ya isdinadən xəbər verir ki, qlobal bazarları narahat edən bank böhranı getdikcə dərinləşir.
“Silicon Valley Bank” və “Signature Bank”ın müflisləşməsinin “Wall Street” banklarının mənfəətini məhdudlaşdıra biləcəyi irəli sürülüb.
Britaniyanın "Reuters" xəbər agentliyinin məlumatına görə, ABŞ-ın 6 ən böyük bankının səhm başına qazancının, bank böhranı ilə sarsılan maliyyə inamının təsiri ilə bir il əvvəllə müqayisədə təqribən 10 faiz azalacağı gözlənilir.
ABŞ-ın ən böyük bankı olan “JPMorgan”ın səhm üzrə mənfəətini 30 faiz, xalis faiz gəlirini isə 36 faiz artıracağı gözlənilir.
“Morgan Stanley” və “Goldman Sacns”ın mənfəətinin azalacağı gözlənilir. “Goldman Sachs”ın səhm başına qazancının təxminən 20 faiz azalacağı gözlənilir.
Analitiklər “JPMorgan”dan 2023-cü ilin birinci rübündə səhm başına qazancın 3,42 dollar, “Goldman Sachs” üçün 8,6 dollar, “Wells Fargo” üçün 1,13 dollar, “Citigroup” üçün 1,70 dollar, “Bank of America” və “Morgan” üçün 0,84 dollar, “Stanley” üçün 1,75 dollar olacağını gözləyirlər.
ABŞ-da banklar aprelin 14-də birinci rübün maliyyə nəticələrini göndərməyə başlayacaqlar.