Şəfəqə Doğru » Manşet » Lənkaran rayonunda ixtisaslı həkim kadrlar yoxdurmu?

Lənkaran rayonunda ixtisaslı həkim kadrlar yoxdurmu?

Lənkaran rayonunda  ixtisaslı həkim kadrlar yoxdurmu?


   Bu günlərdə Lənkaran rayon sakinlərindən redaksiyamıza mərkəzi xəstəxananın rəhbərliyindən bəzi məlumatlar daxil olub.Məlumatlarda   bildirilir ki,rayonda gənc kadrlar olduğu halda  altımış beş yaşını keçmiş,  yetmişə qədər müəyyən yaşlarda həkimlər müqavilə yolu ilə öz işlərində qalırlar.Məlumatda bildirilir ki,mərkəzi xəstəxananın rəhbərliyi  hər bir illik müqaviləyə müəyyən məbləğ rüşvət alaraq, həmin həkimləri yerində saxlayırlar.Adının çəkilməsini isdıəməyən mənbə onu da bildirir ki, yaşlı həkimlərdən birinin dediyinə görə ,verdiyi rüşvətin iki misli qədər maaş alır və verdiyi rüşvətin yerini doldurduqdan sora bir o qədər də özünə qalır. Yəni ,həm pensiyasını alır həm də maaş alır.Faktla əlaqədar mərkəzi   xəsdəxananın  baş həkimi Əbülfəz həkimlə telefon əlaqəsi saxladıq .65 yaşını keçmiş neçə həkimin müqavilə yolu ilə işdə qaldığını soruşduq .O isə,sualımı kadırlar şöbəsinin müdiri Xaliq  həkimə  ünvanlamamızı məsləhət bildi.Xalid həkimin cavabı isə,ən azı on beş nəfər rayonumuzda yaşı ötmüş yəni yetmişə yaxın yaşı  olan, müqavilə ilə işləyən həkimimiz var dedi.Və rayonda gənc kadrlar olmadığından köhnə həkimlərin yerində qalması zəruriyyəti olduğunu bildirdi . Bu barədə nazirliyə də müraciəət etmişik dedi.Kənd məntəqələrində  yeddiyə yaxın işləyən yaşı altımış beşi keçmiş həkimlər də  , öz vəzifələrində qalmaqdadır.Mənbənin verdiyi məlumata görə,guya onları əvəzləyən mütəxəssis də yoxdur. Halbuki ,məntəqə həkimliyinə hansısa ixtisasın olmağı vacib deyil.Mənbə ou da bildirir ki,digər orta tibbi təhsilli mütəxəssislər yaşı altımış beşə catan kimi ,işdən azad olunurlar.Çünki onların yerinə rüşvət təklif edənlər çox olur.Amma həkim vəzifəsinə rüşvət verən yoxdur.Yəni adının çəkilməsini isdəməyən mənbə onu əsaslandırır ki ,yaşı altımış beşi keçmiş ixtisaslı həkimlərin yerinə həkimlik üçün, rüşvət verən yoxdur.Ona görə dərüşvət müqavilində  müqavilə ilə yaşı ötmüş həkimləri vəzifələrində saxlayırlar. 

Qarşı tərəfi dinləməyə hazırıq.

Mövzuya qayıdacayıq.

                                                                                                   Neymət Novruzlu.