Şəfəqə Doğru » Manşet » Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi: Elçibəy üçün hazırlanmışdı - FOTOFAKT

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi: Elçibəy üçün hazırlanmışdı - FOTOFAKT

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi: Elçibəy üçün hazırlanmışdı - FOTOFAKT

Tarixçi Ədalət Tahirzadə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyədə hazırlanan şəxsiyyət vəsiqəsi nümunəsinin fotosunu paylaşıb.

O, bu sənədin Azərbaycanın müstəqillik əldə etməsindən sonra hazırlanan ilk şəxsiyyət vəsiqəsi nümunəsi ola biləcəyini qeyd edib.

Ədalət Tahirzadə bildirib ki, Əbülfəz Elçibəy sovet gerbi olan pasportla xaricə getmək istəmirdi, ona görə yeni vəsiqə hazırlanmışdı.

Sabiq baş nazir Pənah Hüseyn isə özünün sosial media hesabında yazıb ki, prezident seçiləndən sonra Elçibəy milli şəxsiyyət vəsiqələrinin hazırlanması barədə tapşırıq vermişdi və iş başlanmışdı. O, bu tapşırıq əsasında hazırlanan şəxsiyyət vəsiqəsi nümunəsini də paylaşıb.

Cebhe.info

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi: Elçibəy üçün hazırlanmışdı