Bu günlərdə redaksiyamıza Daşınmaz Əmlak Reyster xidməti 15 saylı Tovuz ərazisi idarəsindən şikayətlərlə dolu müraciətlər daxil olur.Müraciətlərdə adıçəkilən ərazidə yerləşən vətəndaşların hüquqlarının pozulmasından bəhs olunur.Belə ki, vətəndaşlar çıxarış almaq üçün tələb olunan hər nə varsa ,ödəyir.Lakin beş günlük vaxt qoyulan sənədlər aylarla qalır həmin idarədə .Sənəd sahibləri cox gedib gəldikdən sonra isə,”imtina” gəlir.Sonra vətəndaşlara dolayı yolla adı çəkilən idarənin rəhbərliyi tərəfindən bildirilir ki, vətəndaşın rayon icra hakimiyyəti tərəfindən verilmiş olan sərəncama əsasən vətəndaşa aid olan torpaq üzərində DƏYX tərəfindən hüququnun tanınması üçün verilməli olan sənədə görə, yuxarıdan, bütün tələb olunan ödənişlərdən başqa şapka istəyillər.Amma, vətəndaşa bunu kim hara istəyir onu heç kim cavablandıra bilmir. Qazax rayonunda yaşayan iki vətəndaşın redaksiyamıza olunan müraciətləri əsasında apardığımız araşdırmalarımızın nəticəsi olaraq,müraciət edən Allahverdi Aydınov və Tahir Novruzovun” bir il on aydır ki,bütün sənədləri rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə birlikdə adı çəkilən idarənin dediyi sənədləri və ödənişləri ödəməmizə rəğmən biz bu müddət ərzində dövlət tərəfindən bizə verilən kənd təsərrüfatı iqtisatiyatının yüksəldilməsi üçün, torpaq üzərində mülkiyyətimizin tanınınması üçün,çıxarışı ala bilmirik”deyir. Sahiblərinə "imtina”adı ilə qayıdan sənədlər üçün guya "yuxarıya”sənədin arasında pul getməlidir ki,oradan sənəd üzü qara qayıtmasın.Çox ilginc. Axı tələb olunan bütün sənədlər olduğu halda ,rüsum ,xidmət və s.ödənişləri ödənildiyi halda yuxarı nə haqqı göndərməlidr deyə vətəndaş kimdən soruşur bir cavab ala bilmir. Həmin vətəndaşlardan bəhanə üçün ,DƏRX-Tovuz ərazi idarəsinin rəhbərliyi tərəfindən təkirar bir neçə arayış istəmişlər. halbuki ,həmin arayışlar heç lazım da deyil.Çünki,həmin təşkilatların arayışlardan qabaq lazimi sənədləri verilmişdir.A.Aydınovla T. Novruzov yenədə üzünü pis tutub, həmin arayışları təkrar təqdim etdikdən sonra, günü bu günə qədər hələ də, nə çıxarışlarını ala bilirlər nə də, sənədlərini geri ala bilmirlər. Adı çəkilən idarənin rəhbərliyi indidə deyir ki, biz həmin təşkilatlara sorğu göndərəcəyik ki, görək doğrudanda arayışları özlərimi verib. İdarənin rəisi Şamxal Həşimobv deyir ki, "azmı olub bəzən kartofdan möhür düzəldilir və sənədlərə vurulur.Biz dəqiqləşdirməliyik ya yox”?Çox acınacaqlı və gülməlidir.Yəni artıq dörd ayda vətəndaşların sənədləri belə ləngiyib.Və günü bü günə qədər,hər gun gələn həftəyə qalır.Torpaq sahibləri isə artıq, iki illik torpaq haqqını da ödəmişdir.
Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında hətda rəsmi sərəncamlarla sahibkarlığı inkişaf etdirmək üçün (xususəndə kənd təsərüfatı iqtisadiyatını )vahid pəncərə yaradılmasını tapşırdığı halda, Azərbaycan Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reysteri Xidməti idarəsinbdə pəncərələri daha da cöxaldır və daha çox sənədlər almaqla yanaşı ,hələ üstəlik şapka almadan heç bir çıxarış vermirlər. Sanki bu idarənin məmurları bu millətə yağı kəsiliblər.Bu və ya digər barədə gələn sayımızda ətraflı yazacağıq.Hələlik isə ümüdvarıq ki ,aidiyyatı təşkilatlar yazdıqlarımız barədə bir ölçü götürüb ,Tovuz -Qazax vətəndaşlarını bu xəstəlikdən azad edər və ölkə prezidentinin siyasətinin üstünə qara kölgə salmaq istəyən dövlət məmurlarını da layiqincə cəzalandırmış olarlar.
Mövzuya qayıdacayıq.
Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.
Neymət Novruzlu.