“Əli Məsimlinin fikirləri fərziyyədir. Əli müəllim, faktlarla danışsanız, sevinərəm. “Olmayacaq”, “inanmırıq” kimi ümumi fərziyyələrlə inflyasiyanı şərh etməyin”.
Shafaqadogru.com “Qafqazinfo”ya isdinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında deputat Əli Məsimlinin fikirlərinə cavab olaraq bildirib.
“Xahiş edirəm, digər ölkələrin inflyasiya dərəcələrinə baxın. Bəli, bəzi qonşu ölkələrdə inflyasiya aşağı düşür, çünki onlarda üzən məzənnə sistemi var. Amma bu, o demək deyil ki, Azərbaycanda inflyasiya yüksəkdir. Ona görə xahiş edirəm, mənə konkret başqa ölkələrdən faiz deyin, misal gətirin. Əli müəllim, 2 faiz deyirsiniz. Heç Amerikada 2 faizlik inflyasiya yoxdur”.
Qeyd edək ki, Ə.Məsimli daha öncəki çıxışında təqdim edilən inflyasiya proqnozlarına inanmadığını açıqlamışdı. O bildirmişdi ki, Azərbaycanda göstəricilər orta dünya, inkişaf etmiş ölkələrin, MDB-nin göstəricilərindən yüksəkdir.