Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kq) Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.
Shafaqadogru.com xəbər verir ki, o, finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.
Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) isə mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) mundialın gümüş medalını qazanıb.