Nazirlər Kabineti "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. İndiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.
Dəyişiklik cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və böyük müzakirələrə səbəb olub.
"Vətəndaş daha keyfiyyətli xidmət alacaq”
Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov Modern.az-a deyib ki, məsələ icbari tibbi sığortanın tətbiqindən sonra öz həllini tapacaq:
"İcbari tibbi sığorta proqramı tətbiq edildikdən sonra tibb müəssisələrindəki xidmətlər yenə də ödənişsiz olacaq. Ödənişi vətəndaşın yerinə sığorta şirkəti həyata keçirəcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır.
Amma bu dəyişiklik heç də o demək deyil ki, tibbi xidmətlərin hamısı pullu olacaq.
"Publik hüquqi şəxslər” haqqında qəbul edilən qanunla şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı yaradılır.
Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaqlar və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər.
Ümumilikdə, hesab edirəm ki, tibb müəssisələrinin pullu xidmətə keçməsindən sonra vətəndaş daha keyfiyyətli xidmət ala biləcək”.
"Pullu xidmətə keçilməsi tez bir zamanda baş verməyəcək”
Nazirlik rəsmisi bildirib ki, tibb müəssisələrinin ödənişli sistemə keçməsi yaxın gələcək üçün nəzərdə tutulmayıb:
"İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər pullu xidmət tətbiq olunmayacaq. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq. Həm də Nazirlər Kabineti konkret olaraq pullu xidmətlərin siyahısını təsdiq etməlidir”.
"Pullu xidmətə çoxdan keçməliydik”
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında məktəblərin, bağçaların, tibb müəssisələrinin özəlləşməyə getməsinin vacib olduğunu vurğulayıb:
"Bu həm xidmətin səviyyəsinin artırılması, həm yeni iş yerlərinin yaradılması, həm də sahibkarlığın inkişafı üçün çox əhəmiyyətlidir. Bütün bu məsələləri dövlət öz üzərinə götürə bilməz. Son zamanlar qəbul olunmuş qanunların özündə bələdiyyə məktəblərinin, bələdiyyə məktəbdənkənar müəssisələrinin, bələdiyyə tibb müəssisələrinin yaradılması gündəmdədir. Çox yaxşı haldır ki, bu qərardan sonra müəyyən qədər bələdiyyələr bu işlə məşğul ola biləcəklər. Bu o demək deyil ki, bələdiyyələr böyük xəstəxanalar tiksinlər. Heç olmasa, öz ərazilərində tibb məntəqələri, sağlamlıq guşələri yarada bilərlər. Bu, çox vacibdir. Biz bazar iqtisadiyyatına keçmişiksə, rəqabət olmalıdır. Məhz bu rəqabət mühitinin yaranması fonunda insanlar hansı tibb müəssisinə üz tutacaqlarına qərar verməlidirlər.
Bələdiyyələr istər öz maliyyələri, istərsə dövlətdən uzunmüddətli kreditlər almaq yolu ilə belə müəssisələrin yaradılmasına çalışmalıdırlar. Bəzi yerlərdə olan tibb məntəqələri, müəssisələri var ki, onlar bələdiyyələrin ərazisində yerləşir. Əgər gələcəkdə idarəetmə bələdiyyələrə veriləcəksə, bunun özü bələdiyyələrə gəlir əldə etmək imkanı da yaradacaq”.
"Hamı hər şeyi dövlətdən gözləyir”
T.Rzayev deyib ki, pullu xidmətə keçdikdən sonra insanlar kiçik narahatlıqdan ötrü kənddən, rayondan şəhərə gəlməyə məcbur qalmayacaqlar.
Dövlət xəstəxanalarının ümumilikdə ödənişli sistemə keçməsi ilə bağlı səslənən fikirlərə gəlincə, deputat deyib ki, insanların bəziləri köhnə düşüncələrlə yaşayır:
"Bu, yaxşı hal deyil. Bəzi insanlar var ki, istəyirlər ki, bütün problemlərin həllini dövlət öz üzərinə götürsün. Dövlətdən yardım almaq, dövlətin imtiyazlarından istifadə etmək istəyirlər, amma dövlətə nəsə vermək istəmirlər.
Bəziləri deyir işləməyim, dövlət məni saxlasın. Çoxuşaqlıyam, mənə imtiyaz verilsin. Axı insanlar işləməli, pul qazanmalı, yeri gələndə bu vəsaiti öz sağlamlıqlarına sərf etməlidirlər. Elə xəstəliklər var ki, onun baş verməməsi üçün müayinələr lazımdır. İnsanlar var ki, adi xəstəlikləri aradan qaldırmır, böyük fəsadlar yarananda dövlətdən kömək istəyirlər. Hansı ki, həmin vaxt xəstəliyin müalicəsi külli miqdarda vəsait tələb edir.
Cənab prezident insanların pulsuz müayinədən keçməsi üçün göstərişlər verib. Hətta qanun qəbul olunub ki, nikah bağalanan zaman hər iki tərəf müayinədən keçməlidir. Təəssüf ki, insanlar buna laqeyd yanaşırlar. Tələb edirlər ki, nikaha daxil olmaq üçün müayinədən keç, keçmək istəmir. Amma bir neçə il sonra əlacı olmayan xəstəliklərə tutulurlar və dövlətdən kömək umurlar. Amma lazımi müayinələrə gedilsə, sonrakı fəsadlar da ortaya çıxmaz”.
"Rəqabət mühiti formalaşacaq”
Parlament üzvü səhiyyə xidmətlərinin ödənişli sistemə keçməsindən sonra rəqabət mühitinin formalaşacağını bildirib:
"Gec-tez bazar iqtisadiyyatına keçməliyik. Pullu xidmətə keçmək yeni iş yerləri, gəlirlərin artması deməkdir. Özəl tibb müəssisi yaranırsa, orda həkim, tibb bacısı, sürücü, mühafizəçi və s. olur. Biz bütün sahələrdə gec-tez pullu xidmətə keçməliyik. Amma bu pullu xidmət müəyyən qaydalar əsasında olmalıdır. Hazırda insanlarımız haqlı olaraq özəl klinikaların xidmətlərinin bahalı olmasından gileylənirlər. Bunlar haqlı gileydir. Çünki hərə öz istədiyi elə bir qiymət qoyur ki, heç müayinədən keçə də bilmirsən. Qiymətlərə müəyyən normativlər əsasında olmalıdır ki, hamı bundan yararlana bilsin”.