Şəfəqə Doğru » Manşet » Dünyamız təhlükədədir, münaqişələr artıb - Son 30 ilin ən yüksək...

Dünyamız təhlükədədir, münaqişələr artıb - Son 30 ilin ən yüksək...

Dünyamız təhlükədədir, münaqişələr artıb - Son 30 ilin ən yüksək...

2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib.Shafaqadogru.com  xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında qeyd olunub. Bildirilir ki, bu rəqəm son 30 ildə ən yüksək göstəricidir. Tədqiqatçılar Çin və Tayvan arasında münaqişə riskinə, eləcə də Yaxın Şərqdə müharibənin genişlənməsi risklərinə diqqət çəkirlər. Ətraflı Ad - 00:24 Tədqiqatçılar qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Azərbaycan Qarabağa nəzarəti ələ keçirib, Rusiya ilə Gürcüstan arasında gərginlik qalmaqdadır, Əlcəzair və Mərakeş arasında münasibətlər müasir dövrdə heç vaxt olmadığı qədər pisdir, daxili terrorizm daha da pisləşib, Pakistanda və Hindistanla münasibətlər də təhlükəli nöqtəyə çatıb. Ötən illə müqayisədə münaqişələrin qurbanlarının sayı 14 faiz, zorakılıq hallarının sayı 28 faiz artıb. Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, yerli və ya regional gücdə olan 459 silahlı qrup var. Onlar 195 milyon insana tam və ya qismən nəzarət edirlər. Münaqişə tərəfləri arasında fikir ayrılıqları iqlim böhranı ilə daha da kəskinləşir. Müəlliflərin sözlərinə görə, üzv ölkələr arasında yaranan gərginlik səbəbindən BMT-nin təsiri zəifləyib. Böyük dövlətlər Təhlükəsizlik Şurasında bir-birinin qətnamələrinə veto qoyur və Qəzza zolağında müharibə kimi məsələlərdə ümumi qərara gələ bilmir.