Milli Məclisin deputat Siyavuş Novruzov millət vəkillərinin aylıq maaşlarından danışıb.
Modern.az-ın məlumatına görə, o, deputatların hazırda təxminən 5 min manata yaxın maaş aldığını bildirib.
“Nə 12-cü, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu", - o qeyd edib.
Deputat vurğulayıb ki, aldıqları maaş bəzən ayın sonuna çatmır. "Bu maaş tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsil haqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayə haqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”, - o, "Müsavat TV"nin efirində deyib.
Siyavuş Novruzov prezident seçkilərində İlham Əliyev 90 %-dən çox səs toplayacağını qeyd edib:
"Digər 20 namizəd də 1 %-i bölüşdürərlər aralarında. Zahid Oruc da namizədliyini irəli sürə bilər. Buyursun, öz gücünü sınasın. Düşünürəm ki, o, 0,1 % səs toplayacaq"