Şəfəqə Doğru » Manşet » Qəzzada müharibənin yeni mərhələsi: İsrail qoşunları geri çəkilir?

Qəzzada müharibənin yeni mərhələsi: İsrail qoşunları geri çəkilir?

Qəzzada müharibənin yeni mərhələsi: İsrail qoşunları geri çəkilir?

İsrailin müdafiə naziri Yoav Gallant Qəzzada müharibənin yeni mərhələyə keçdiyini bildirib.

 

Shafaqadogru.com xəbər verir ki, o, İsrail ordusunun Qəzzanın şimal və cənubunda fərqli hərəkət edəcəyini açıqlayıb.

 

Beynəlxalq aləm İsraildən döyüş əməliyyatlarının intensivliyini azaltmağı tələb edir. Üstəlik, 3 aya yaxındır davam edən müharibə iqtisadi çətinliklər yaradıb. Buna görə, İsrial Qəzzada döyüş əməliyyatları aparan ehtiyatda olan hərbçiləri anklavdan çıxarmaq istəyir.

 

Qallant bildirib ki, İsrail Qəzzanın şimalında həyata keçirilən əməliyyatlar reydlər, tunellərin məhv edilməsi, hava və qurudan zərbələr, eləcə də xüsusi təyinatlıların əməliyyatlarını əhatə edəcək.

 




Qəzzanın 2,3 milyonluq əhalisinin əksəriyyətinin hazırda çadırlarda və digər müvəqqəti sığınacaqlarda yaşadığı cənubda isə əsas diqqət HƏMAS liderlərinin məhv edilməsinə və israilli girovun xilas edilməsinə yönəldiləcək.

 

Nazir əlavə edib ki, müharibədən sonra HƏMAS Qəzzaya nəzarət etməyəcək, İsrail üçün təhlükə olmadığı müddətdə anklav Fələstin tərəfindən idarə olunacaq.

 

Münaqişənin Qəzzanın hüdudlarından kənara yayılması ehtimalı yüksəkdir. İordan çayının qərb sahili, Livan, Suriya, İran, Qırmızı dəniz potensial yeni toqquşma bölgələridir. Dövlət Departamenti münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi ilə ABŞ dövlət katibi Antoni Blinkenin cümə axşamı Yaxın Şərqə bir həftəlik səfərə hazırlaşdığını bildirib.

 

Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda HƏMAS liderinin müavini Saleh əl-Arurinin öldürülməsindən sonra narahatlıq daha da artıb. Hizbullah lideri Həsən Nəsrullah hadisəyə görə "səssiz qala bilməyəcəyini" deyib. Lakin o, HƏMAS-a dəstək olaraq İsrailə qarşı hərəkətə keçməklə bağlı konkret vəd verməyib.

 

İsrailin quru və havadan hücumları Qəzzanı xarabalığa çevirib. Qəzzadakı HƏMAS-a bağlı Səhiyyə Nazirliyi bəyan edib ki, ölənlərin sayı 22,438 nəfərə çatıb, bu da anklavın 2,3 milyon əhalisinin demək olar ki, 1%-ni təşkil edir. İsrail Qəzzada 8000 döyüşçünü öldürdüyünü açıqlayıb