Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsinə qatılıb.
Shafaqadogru.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, müzakirə zamanı xarici siyasət prioritetlərinə toxunulub.
Paşinyan tədbirdə çıxış edib. "Xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir", - o vurğulayıb.
Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səylərə və proseslərə toxunulub.