Rusiyanın NATO-ya cavab tədbirləri çərçivəsində Kalininqradda inşa etdiyi yeni hərbi bazanın görüntüləri yayılıb.
Shafaqadogru.com xəbər verir ki, Polşa və Litva arasında yerlşən, Baltik dənizi sahilindəki bu şəhərdə hava hücumundan müdafiə bazası inşa edilir.
Bazada yerləşdiriləcək "İsgəndər” raketlərinin nüvə başlığı ilə təchiz olunacağı istisna edilmir.
İngiltərə mətbuatı inşa işlərinin davam etdiyi bir vaxtda bölgəyə "Toçka U” raketi yerləşdirildiyini yazıb. Ayrıca raketin olduğu yerdə dinləmə mərkəzi yerləşir. Bu mərkəz dünyada ən güclü dinləmə stansiyalarından biridir.
Bu arada Rusiyanın "Red star” telekanalı Kalininqrada yeridilən canlı qüvvələrin görüntüsünü yayıb. Təbliğat xarakterli videoda silahlı əsgərlərin NATO nöqtələrini "ələ keçirdiyi”, gəmilərindən raket atıldığı əks olunub.
Hazırda Moskva rəhbərliyinin qərarı ilə S-400 hava hücumundan müdafiə sistemləri Kalininqrada yerləşdirilib. NATO-nun Avropanın ürəyində baza quran Rusiyaya necə bir cavab verəcəyi maraqla gözlənilir.