Şəfəqə Doğru » Manşet » İTƏN NEFTÇİLƏRDƏN BİRİNİN CƏSƏDİ TAPILDI

İTƏN NEFTÇİLƏRDƏN BİRİNİN CƏSƏDİ TAPILDI

İTƏN NEFTÇİLƏRDƏN BİRİNİN CƏSƏDİ TAPILDI

Bu gün "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi tapılıb.

Shafaqadogru.com xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlı deyib. Onun sözlərinə görə, cəsədi tapılan şəxs operator Cavid Bəhramovdur.

M. Qəhramanlı əlavə edib ki, 2014-cü ildə bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olub.