Şəfəqə Doğru » Manşet » Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri - İTTİHAM VAR

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri - İTTİHAM VAR

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri - İTTİHAM VAR
Gəncə Dövlət Universitetində illərdir ki, qanunsuzluqlar baş alıb gedir. Mətbuatın yazmasına, hətta bu universitetin öz müəllimlərinin ölkə başçısı İlham Əliyevə və Təhsil naziri Mikayıl Cabbarova müraciət etmələrinə baxmayaraq, GDU-dakı özbaşınalıqlara son qoyulmur. Məsələn, bir müddət əvvəl GDU-nun bir qrup professor-müəllim heyətinin adından ölkə başçısı İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış müraciətdə GDU-da qanunsuzluqlar baş verdiyindən bəhs olunurdu. Bildirilirdi ki, Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov" burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub: "Buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusibov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil. Dekanlar pullari yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu”.
Müraciətdə bildirilirdi ki, GDU-nun tələbələri yeni tariflər qarşısında qalıblar: "Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni "topdansatış” qiyməti təxminən 500- 600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. "3"ün qiyməti 70, ”4"ün 80, "5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir. Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunub. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu. Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən "qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı "ölü canlarla” xeyli zəngindir”. Bu müaciətdən sonra da təəssüf ki, Təhsil Nazirliyi sözügedən faktları araşdırmadı və bu gün də GDU-da qanunsuqluqlar baş alıb gedir. Belə ki, bu ayın 15-16-da GDU-da pedaqoji fakültənin Psixologiya, Bədən tərbiyəsi və idman kafedrasında vakant olan dekan vəzifəsini tutmaq üçün seçkilər keçirilıb. Proqnoz verdiyimiz kimi "ömürlük dekan” statusunu qazanmış B.Apoyev hər iki kafedradan 100% səs alıb. Əldə etdiyimiz məlumata görə, dekan vəzifəsinə aparılan seçkilərdə GDU-nun rəhbərliyi tərəfindən müşahidəçi qismində iştirak edən olmayıb. İclasların keçirilmə vaxtı məxfi saxlanılaraq son 10-20 dəqiqələrdə kafedralarda işçilərə məlumat verilsə də, çəmi iki namizəddən birinə, yalnız seçkidə iştirak etmək üçün "ömürlük dekan" B.Apoyevə məlumat verilib. Əldə etdiyimiz məlumatda o da deyilir ki, 16 dekabrda Bədən tərbiyəsi və idman kafedrasında "baş tutmuş” seçki ilə bağlı ikinci namizəd məlumatlandırılayıb. İclas başlamamışdan öncə seçicilərə rektoratlığın səlahiyyətli nümayəndəsi prof. V.Novruzovun da iştirak edəcəyi deyilsə də, nədənsə o da "ömürlük dekan seçkilərində" iştirak etməyib. Sözügedən seçkinin əsas "koordinatoru”, "canfəşanı"isə fakültə dekanının müavini, dekana sədaqət andı içən İlqar Haqverdiyev olub. Hər bir müəllimlə təbliğat apararaq B.Apoyevin "dekan yerini” artıq yay aylarından bronladığını deyən İ. Haqverdiyev təbliğat kampanıyasındakı işini məharətlə həyata keçirə bilib. Psixologiya kafedrasında aparılan seçki zamanı kafedranın müdiri, dosent Zümrüd Cavadova seçki "kampaniyası"nı B.Apoyevin xeyrinə 100 % təşkil etməkdən çəkinməyib. 2013-cü ildə sən demə, B.Apoyev Zümrüd Cavadovaya "səs toplayıbmış". Hətta işin acınacaqlı tərəfi odur ki, psixologiya kafedrasında keçirilən dekan seçkilərində müəllimlərdən biri çıxışında kafedrada dekan seçkisinin aparılmasından məlumatsız olduğunu büruzə verərək, deyib ki, B.Apoyev deputat olmaq üçün hansısa dairəyə sənədlərinin təqdim edir. O, buna tərəfdar oduğunu bildirib və B.Apoyevi məhz deputatlığa namizəd kimi təbrik edib. Bundan sonra psixologiya kafedrasında sədr tərəfindən səsvermədə təlimat pozulub, yəni birbaşa 105-lik nəticə elan olunub. Hələ sovetlər dönəmində belə heç bir seçkidə 100 %-lik səsvermə nəticəsi əldə olunmayıb. Artıq Pedaqoji fakultədə dekan seçkiləri ilə bağlı eks-dekanın səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, ( 5 noyabr 2016-cı il tarixində) B.Apoyev seçkiyə qədər qanunsuz olaraq. dekan səlahiyyətlərini (i) 20.12.2016 Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri icra edib. GDU-nun rəsmi saytında səlahiyyətinə xitam verildiyi müddətdə belə onun 10-dan artıq dərsdə dekan kimi iştirak etdiyinin bildiriməsi də B.Apoyevin "ömürlük dekan" statusunu təsdiq edir. Bu cür seçkilər GDU-da ənənə şəkli almaqdadır. Gender siyasəti haqqında adı gedən universitetin hələ də anlayışı yoxdur. İşin maraqlı odur ki, GDU-da bütün fakultəlirin və şöbələrin dekan və rəhbər işçiləri yalnız kişilərdir. Yuxarıda qeyd etdki ki, səlahiyyətlərinə xitam verilsə də, B.Apoyev dekan kimi vəzifəsini yerinə yetirirdi. Bunu təsdiq edən faktları təqdim edirik: "Dekabrın 1-də Təhsilin pedaqoqikası və metodikası kafedrasının baş müəllimi Şərəf Əhmədovanın TSPX ixtisasının IV kursunda Təhsilin idarə olunması fənni üzrə "Məktəbdə metodik iş” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov iştirak edirdi. Müəllim dərsdə yeni təlim texnologiyalarından istifadə edərək məqsədinə nail oldu. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər". Digər bir fakt: "1 dekabr 2016-ci il tarixdə Bədən tərbiyəsi ve idman kafedrasının baş müəllimi Urfan Cabbarovun Fiziki tərbiyə və çağrışaqədər hazırlıq ixtisasının III kursunda Atletika fənnindən "Atletikanın yarış qaydaları” mövzusunda açıq dərsi keçirildi.Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov, kafedra müdiri İ.Ağayev və kafedranın müəllimləri iştirak edirdi.Dərsdə slaydlardan ve digər əyani-texniki vasitələrdən istifadə edildi ve müəllim məqsədinə nail ola bildi.Dərs qənaətbəxş qiymətləndirildi . Başqa bir fakt: "30.11.2016-cı il tarixdə fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədovun "Təfəkkürün psixologiyası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos. C.İbrahimov, Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və həmin kafedranın əməkdaşları iştirak edirdi. Tələbələrin yüksək fəallığı şəriatində kəçən dərsdə interaktiv təlim metodlarından, yeni təlim texnologiyalarından bacarıqla istifadə edildi". Bütün bunlar GDU-nun rəsmi saytından götürülüb və dediklərimizi bir daha təsdiq edir. GDU-da baş erənlərlə əlaqədar rektor Yusif Yusibovun mövqeyini öyrənmək istəsək də, o, telefon zənglərinə cavab vermədiyindən suallarımız cavabsız qaldı. Onu da qeyd edək ki, GDU-nun əvvəlki rektorunun dövründə də bu cür dəhşətli qanunsuzluqlar başalıb gedirdi. O, zaman indiki rektor təhsil işləri üzrə prorektor vəzifəsində çalışırdı. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Universitetinə yeni rektor təyin edilməsi barədə imzaladı. Sərəncama görə, Yusif Əmiralı oğlu Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edildi. Onu da qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. O,1997- 2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib. Göründüyü kimi, rektora prezident tərəfindən böyük etimad göstərilsə də, GDU-da əvvəlki qanunsuzluqlar bu gün də baş alıb getməkdədir. 
"Gündəm Xəbər"