NATO-nun Avropadakı qoşunlarının komandirinin eks-müavini general Riçard Şirref özünün "2017: Rusiya ilə müharibə: Təcili xəbərdarlıqlar” kitabını təqdim edib.
Shafaqadogru.com Axar.az-a istinadən xəbər verir ki, general Şirref öz kitabında Rusiyanın bir neçə gün ərzində Ukrayna və Baltikyanı ölkələri ələ keçirəcəyini təxmin edir. Yeni kitabında general NATO və Rusiyanın müharibə ərəfəsində olduğunu söyləyib. Onun fikrincə, Moskva ildırımsürətli hücum həyata keçirsə, alyans cavab verməkdə çarəsiz qalacaq. Nəticədə Moskva dünyanı nüvə müharibəsi təhdidinə gətirib çıxaracaq:
"Rus ordusu Donetsk və Luqansk vilayətlərindən Krım yarımadasına qədər olan əraziyə girir və Qərbə doğru irəliləyir. Lazım olan bölgələrin ələ keçirilməsinə üç gün zaman xərclənir. Nəticədə Moskva Ukraynanın yarısını tutur. Ukraynanın NATO üzvü olmaması alyansın heç bir cavab verməməsinə imkan yaradır. Beləliklə, NATO-da Ukraynanın kimin ucbatından itirilməsilə bağlı mübahisələrin getməsindən istifadə edən Moskva bir neçə saat sonra Baltikyanı ölkələrə doğru irəliləyir”.